Səyahət zamanı sərnişinlərin “Buta Airways”in təyyarələrində Azərbaycan və İngilis dillərində səslənən elanların oxunduğu şəxsin kimliyi üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu şəxs AzTV-nin keçmiş aparıcısı Nurlana Cəfərovadır.
Belə ki, aparıcı sosial media hesabında bununla bağlı görüntülər paylaşıb.
Qeyd edək ki, Nurlana pandemiya ərəfəsində ailə qurub. Onun bu nikahdan bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media