“İTV” də yayımlanan "Səs Azərbaycan" yarışmasının iştirakçısı olan Səbinə Quluzadə Belarusiyada "Slavyan bazarı" çərçivəsində keçiriləcək "Vitebsk 2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda ifaçı özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, yaxın günlərdə təşkilatçılar tərəfindən yarışmaya rəsmi dəvət alacaq.
Səbinə iyulun 12-də o, artıq Minskdə olmalıdır. "Vitebsk 2022" XXXI Beynəlxalq incəsənət festivalı "Vitebskdə Slavyan bazarı" çərçivəsində iyulun 13-dən 18-nə kimi keçiriləcək.
Qeyd edək ki, Səbinə bundan əvvəl 2016-cı ildə keçirilən "Zima" musiqi yarışmasında iştirak edib.
Rəşad Əliyev, Bizim.Media