Aparıcı-prodüser Tarix Əliyev Azad Azərbaycan (ATV) televiziyasını tənqid edib.
Bizim.Media xəbər verir ki, o, müğənnilərin səhər verilişlərinin efirində ağlamasını qınayıb:
“Səhər-səhər ATV-yə baxanda bəzi müğənnilərə yazığım gəlir. Nə məcburdur ki, sizi ağlatsınlar? Qürurunuz yoxdurmu? Deyə bilmirsiniz ki, ay aparıcı, bir gün sən də ağla da! Ağlaya bilirsənsə... Qəlbinə sünilik elə girib, adamın ürəyi bulanır”, - deyə Tolik bildirib.
Qeyd edək ki, hər gün səhər saatlarında ATV-də Nanə Ağamalıyevanın “Günün sədası” proqramı yayımlanır.
Rəşad Əliyev, Bizim.Media