Dünya ulduzu Rihannanın repçi sevgilisi A$AP Rokki polis tərəfindən saxlanılıb.
Bizim.Media TMZ-yə istinadən xəbər verir ki, Los-Anceles hava limanında həbs edilən repçi qanunsuz odlu silahdan istifadə etməkdə şübhəli bilinir.
Söhbət 2021-ci ilin noyabr ayında baş vermiş hadisədən gedir. Zərərçəkmiş şəxs Rokkinin ona bir neçə dəfə atəş açdığını və qolundan yaraladığını iddia edib.
Rəşad Əliyev, Bizim.Media