Xəbər verdiyimiz kimi, dünyaca məşhur model Adriana Lima 3-cü dəfə ana olacaq.
Bizim.Media xəbər verir ki, oğlu dünyaya gələcək model “göbəyi burnunda” dəb gecəsinə qatılıb.
Dizayner Alexander Vanqninin yeni kolleksiyasının nümayişində Lima podiuma çıxıb.
Sinə və qarın hissəsi açıq olan qısa geyimdə səhnəyə çıxan hamilə modelin üzündəki şişkinlik diqqətdən qaçmayıb.
Qeyd edək ki, A.Limanın basketbolçu Marko Yariçlə olan evliliyindən 2 qızı var. Cütlük rəsmi olaraq 2016-cı ildə boşanıb.
Rəşad Əliyev, Bizim.Media