Türk sənət musiqisinin divası Bülənt Ərsoy azərbaycanlı stilist Anar Ağakişiyevin İstanbuldakı evində qonaq olub.
Bizim.Media xəbər verir ki, bu barədə stilist sosial şəbəkə hesabında paylaşım edib.
O, B.Ərsoyu iftara dəvət etdiyini bildirib:
"Ramazan ayında arzum yerinə yetdi. Divam Bülənt Ərsoy iftar süfrəmizə təşrif buyurdu". Bülət Ərsoy isə Anara bu dəvətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Anar Ağakişiyev müsahibələrin birində Bülənt Ərsoya makiyaj etdiyinə görə 3500 dollar pul aldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media