"Antalyada artıq elə hüceyrələr var ki, onları bədənə yeridirlər. Nəticədə isə mədəaltı vəz normal işləməyə başlayır".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət Əhmədova övladının xəstəliyi haqda "Təsir dairəsi" proqramda ekspert qismində iştirakı zamanı danışıb.
Məlum olub ki, aktrisanın oğlu şəkər xəstəliyindən əziyyət çəkir.
Studiyada olan həkim bu problemin birdəfəlik aradan qaldırılması ilə bağlı ümid doğuran açıqlamalarla çıxış edib. Bunu eşidən M.Əhmədova göz yaşlarına boğulub.
Rəşad Əliyev, Bizim.Media