Türklə evlənən Aygündən ETİRAF: “Yoldaşım pandemiyada yarım milyon zərər etdi”

“Müğənnilik karyeramdan övladlarıma görə 8 il ayrı düşdüm. Mənim 8 yaşlı Miray və 3 yaşlı Arya adında iki qızım var. Bu müddət ərzində onlarla tərbiyəsi və təhsili ilə məşğul oldum. Anasız övlad necə ola bilər? Sənətçilər ya evlənməməlidir, evlənirsə də analıq məzuniyyətinə çıxmalıdır. Türkiyədə müğənnilik fəaliyyətimi davam etdirirəm. Amma dövlət statusu altında. Bizim bələdiyyənin (İcra Hakimiyyəti - Red) xoru var. O xorun daxilində solist olaraq çalışıram. İldə 3-4 dəfə konsertlər olur, çıxış edirəm və ona da müvafiq qonorar alıram. Özüm başqa heç yerdə çalışmıram”.  

Bu sözləri “Yeni ulduz” müsabiqəsi ilə tanınan, ailə qurub Türkiyəyə köçən müğənni Aygün İsmayılova (Miyak) Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Müğənni pandemiya zamanı ailə biznesi olan balıq restoranının iflasa uğradığını və küllü miqdarda pul itirdiklərini açıqlayıb.  

“Həyat yoldaşım iş adamı deyil. Su və su məhsulları üzrə mütəxəssisdir. O dövlət müəssəsində çalışdığından maaş alır. Pandemiyadan əvvəl yoldaşımın balıq restoranı vardı. Məcbur qalıb, oranı bağladı. Əlavə gəlir mənbəyimiz hazırda yoxdur. Biznesdən əlimiz soyudu, tövbə etdik. Pandemiyada əvvəl restoran biznesimiz yaxşı gəlir gətirirdi. Hətta yoldaşım yenidən biznes açmaq istədiyində, ona icazə vermədim. Yarım milyon tl (təxminən 58.000 manat) pul itirdik. Çox stress və gərginlik keçirtdim. Heç zaman biznes insanı olmamışam. Bir daha da biznes işinə qol qoymaram”.  

Sənətçi ailə qurduğu illərdə həyat yoldaşı ilə münaqişələr yaşadığını və bu səbəbdən uzun müddət depressiya dərmanları içdiyini söyləyib.  

“İlk evlilik illərimiz çox dava-dalaşlı keçdi. Ayrı ailə, ölkə, adət-ənənə, mühit, mədəniyyət... Bunlar hamısı mənim psixologiyama mənfi təsir göstərdi. 6 il antidepressant dərmanları qəbul etdim. Mənim üçün heç də asan olmadı bütün bunlara öyrəşmək. İki universitet oxumuş və karyerasına başlayan bir insanın ailə həyatı qurub Türkiyəyə gəlib, dörd divar arasında, evdə qalması dözülməz idi. Yoldaşım məni anlamağa çalışırdı, yola verirdi. Sağ olsun, qaynanam ortalığa girib, aramızdakı anlaşılmazlıqları aradan qaldırmağa çalışırdı. Amma indi bizim aramızda bu kimi mövzular yoxdur. Bir-birimizi başa düşürük”.  

Aygün həyat yoldaşı Halukun ona qoyduğu qadağalardan söz açıb.   

“Yoldaşım açıq-saçıq geyinməyə icazə vermir və xoşlamır. Heç mən ondan əvvəl də açıq-saçıq geyimlər geyinməmişəm. Çünki bədən quruluşum buna icazə vermir. Mən hər zaman dolu bədənli bir xanım olmuşam”.

Məşhur bəstələrin söz müəllifi olan A.İsmayılova qonorarını da açıqlayıb.   

“Bir çox müğənnilərlə çalışmışam. Yəni mahnının sözlərini mənə yazmışam, musiqisini də bəstəkar Pərviz Mahmudov. Təbii ki, yazdığım sözlərə görə də qonorar alıram. Bu müğənnidən, müğənniyə dəyişir. Amma ümumi götürsək, aldığım qonorar 500 manatdır”. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO