Uzun illərdir küsülü olan Əməkdar artistlər Çingiz Əhmədov və Nahidə Orucova barışıb.
Bizim Media xəbər verir ki, ikili incikliyə “Təsir dairəsi” ictimai-sosial proqramda son qoyub.
Belə ki, bir neçə gün əvvəl səhhətində yaranan problemə görə, Çingiz Əhmədov əməliyyat olunub.
Sözügedən verilişin komandası Əməkdar artistin evinə gedib, ona baş çəkiblər. Bu zaman Nahidə Orucova da onlarla birlikdə olub. Əməliyyatdan sonra həmkarı tərəfindən atılan addımı görən aktyor onunla barışıb.
Bizim.Media, Rəşad Əliyev