Türkiyənin məşhur müğənni Edis Görgülü Bakıya gələcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, böyük konsert turuna çıxacağı ilə bağlı sənətçi sosial media hesabında çıxış edəcək şəhərlərin anonsunu paylaşıb.
“Böyük turumuz başlayır. İlk tarixləri buradan izləyə bilərsiniz, davamını tezliklə. Görüşmək üçün günləri sayıram. Tezliklə görüşənədək. Türkiyə biletlərini “Passo”dan, beynəlxalq biletləri isə öz platformalarınızdan izləyə bilərsiniz”.
Qeyd edək ki, E.Görgülünün Bakıda konserti 2 gün olacaq. Türk ulduzun musiqili gecəsi mayın 7-8-də “Bakı Konqress Mərkəzi”ndə olacaq.
Rəşad Əliyev, Bizim.Media