"Avroviziya" təmsilçimiz, gənc müğənni Nadir Rüstəmli İspaniyada keçirilən "PrePartyES 2022" konsertində çıxış edib.
Bizim.Media xəbər verir ki, ifaçı bu il beynəlxalq mahnı yarışmasında Azərbaycanı təmsil edəcəyi "Fade to black" mahnısını canlı oxuyub.
İfası coşqu və alqışla qarşılanan Nadir çıxışından sonra pərəştişkarları ilə bir araya gəlib, xatirə fotolar çəkdirib.
Rəşad Əliyev, Bizim.Media