Okeanın o tayına, Amerikaya köçən müğənni Elariz Məmmədoğlu bloger izləyicisi tərəfindən görüntülənib.
Bizim.Media xəbər verir ki, sənətçi kostyumda Bruklinin küçələrinin birində yolu keçmək istəyərkən blogerin kamerasına tuş gəlib.
"Xəngələ gəl, xəngələ" adlı mahnının musiqisi sədaları altında "Tik-Tok"da paylaşılan həmin video viral olub.
Qeyd edək ki, 3 il əvvəl 2019-cu ildə E. Məmmədoğlu ABŞ-a köçüb. Elarizin həyat yoldaşı Gülnar xanım 2017-ci ildə "Greencard" qazanıb.
Rəşad Əliyev, Bizim.Media