Dünya şöhrətli futbolçu Devid Bekham həyat yoldaşı Viktoriya ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Devid bu gün 48 yaşı tamam olan Viktoriyanı doğum günü münasibəti ilə təbrik yağışına tutub.
Dəniz kənarında, ocağın ətrafında Viktoriyanı öpüşlərə qərq edən Bekham xanımına olan hisslərini belə şərh edib.
"Ən gözəl həyat yoldaşı, ana və iş qadını ad günün mübarək. Ən gözəl gün keçir, çünki sən ən gözəl şeylərə layiqsən. Biz hamımız səni çox sevirik".
Qeyd edək ki, məşhur cütlüyün Bruklin, Romeo, Kruz oğlan və Harper adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media