Bakıda gecə klubunda partlayış zamanı yanan və üç dəfə əməliyyat olunan bloger Aysel Şükürovanın xəstəxanadan yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, onun sarğıdan sonra palatada uzanıqlı vəziyyətdə çəkilən videosunu yaxın dostu Raul paylaşıb.
Xatırladaq ki, A.Şükürova partlayış zamanı klubdan xəsarət almadan çıxıb. Lakin rəfiqəsi, model Təranə Rzayevanı (Merlin) içəridən çıxartmaq üçün ikinci dəfə məkana daxil olub və bu zaman xəsarət alıb.
Rəşad Əliyev, Bizim.Media