Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun nişanlısı Eşqinlə aylar sonra Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, cütlük Bakının mərkəzində yerləşən yaşayış kompleksində yeni mənzil alıb.
Yeni mənzilinin şüşəli eyvanından şəhərə açılan möhtəşəm mənzərəni lentə alan Aysun görüntüləri sosial media hesabında yayımlayıb. İfaçı paylaşımına, "Evimizin mənzərəsi" şərhini yazıb.
Qeyd edək ki, Aysun Eşqin cütlüyü fevral ayında Moskvada kəbini kəsdirib. Onların toyu isə oktyabr ayına planlaşdırılıb.
Rəşad Əliyev, Bizim.Media