“Mən vərəməm (gülür). Rəsmi vərəm xəstəsiyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli aparıcısı olduğu “Tam Vaxtıdır” gecə şousunda deyib.
Qoç bürcündən olan sənətçi xasiyyətindən söz açıb.
“Mən qoç bürcündən olsam da, tumarlanmağı sevirəm, əgər əksinə olsa və 25 dəqiqə olsa məni apardın. 25 dəqiqə dözmədinsə, üzü o tərəfə getdin”.
Evlilikdən danışan Roza toyunu ölkədən kənarda edəcəyini açıqlayaraq, sənət yoldaşlarına səslənib:
“Ailə qursam, toyum Maldivdə olacaq, pul yığmayacağam. Yaxşı dostlarım bilet alıb, dönəcəklər geri”.
Xatırladaq ki, Roza Zərgərli fanatı ilə evlənməyə hazırlaşır.
Rəşad Əliyev, Bizim.Media