"37 yaşında olarkən tanınmış iş adamı məni qaçırtmaq istəyib. Peşmanam, gərək gedərdim. İndi gəşəng arvad olub, oturmuşdum. Uşağımda yekə uşaq idi. Bunu biləndə restoranın arxa qapısından qaçdım”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq Artisti Könül Xasıyeva “Həmin Zaur” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi gənc yaşlarında el şənliklərinə gedərək, Şəki şəhərində ev tikdirdiyini açıqlayıb.
“11 yaşından toylarda oxumuşam. 11 yaşımdan zəhmətlə məşğul olmuşam. Qazandığım pulları isə atamdan gizlədirdim. Atam yaxşı maaşı olan işdə çalışırdı. Atam anama pul vermirdi.
Anamında müəyyən ehtiyacları var idi. Qızları böyümüşdü, ailə qurub, köçməli idilər. Bizdə axı rayonda o zamanlar yun, döşəklər sırılırdı. Məndə toydan qazandığım pulları anama verirdim.
O da yun alırdı. Uşaq vaxtı biz Şəkidə 8 nəfər bir otaqlı evdə yaşayırdıq. Anamın əziyyətini gördüm, Allah da mənə səs vermişdi. 14 yaşımda sütünlu 3 otaqlı ev tikdirdim”.
Rəşad Əliyev, Bizim.Media