Əli Mirəliyevin ürək dağlayan HƏYAT HEKAYƏSİ – “Anam qanını satıb bizə yemək alırdı” 

“Sovetskidə böyümüşəm. İki otaqlı evdə yaşayırdıq. Bir otaq anamla atamın idi, digəri isə bizim. Ailədə 8 uşaq olmuşuq. Yatmağa yerimiz yox idi. Anam yerdə bizə yer salıb, elə yatırdıq. Yatanda da təpik vururdular, gedib düşürdüm qapının kəndarına. Yorğan-döşəyimi götürüb, gedirdim evimizin damında yatırdım. 7 yaşında məni 1 nömrəli uşaq evinə qoydular. 7 il orada qaldım. Bazar ertəsindən, cümə gününə kimi uşaq evində qalırdım, amma şənbə-bazar evimizə gəlirdim.  

Bazar ertəsini heç sevmirdim, çünki o gün arxamca gəlib, uşaq evinə aparırdılar. Amma çox şadam ki, anam məni uşaq evinə qoyub.

7 il orada əsgər kimi olmuşam. Bu gün də öz yatdığım yatağı özüm yığıram. Hazırda Mərdəkanda tək yaşayıram. Yoldaşım şəhərdəki mənzilimizdə qalır. Mən artıq təkliyə öyrəşmişəm, kimləsə qala bilmirəm. Birdən iy gələr ağzından, elə şeyi qəbul edə bilmirəm. Harda oluramsa olum, amma tək olum. Özüdə yumuşaq deyil, bərk çarpayıda yatıram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyev “Sözbaz” verilişində deyib.  

Ağrılı-acılı uşaqlıq xatirələrindən söz açan sənətçi, anasının öz qanını sataraq, onlara yemək aldığını açıqlayıb.  

“Anama deyirdim ki, mənə ayaqqabı al, cırılıb. Deyirdi ki, alaram, lakin almırdı. Cırıq olan ayaqqabımı tikib, ayaqqabı mazı ilə mazlayıb, yenidən ayağıma geyinirdim. Ya da ki, şalvarım yırtılmış olurdu... Nə bilim... Çox ağır və kasıb günlər yaşamışıq. Anamın yeganə oğlan övladı olmuşam. 14 yaşım var idi, orta məktəbə gedən günü atam dünyasını dəyişdi. Gedib çörək zavodunda işləməyə başladım. O yaşdan bəri pul qazanmağa başladım. Zavoddan çörək götürürdüm, yığırdım şalvarımın içinə. Bilirdilər ki, atasız uşağam heç məni yoxlamırdılar.

Şəhərdən yoxlama gələndə, dedilər ki, Əlini yoxlayın. Dedim ki, məni yoxlayırsan. Gedin anamı da yoxlayın. Sən mənim nəyimi yoxlayırsan. O, 250 qram qanını satıb, bizə yemək alır. Mən də qoymurdum anamı qanını satmağa. Çünki haldan hala düşürdü, başı gicəllənib, tez-tez yıxılırdı.
Anama hemotogen plitkalar verilirdi. Onu da özü yemirdi, bizə yedizdirirdi. Öz payımı isə yemirdim, bacılarıma verirdim. Bunları danışdım, yoxlanmadan gələn kişi mənə cibindən 2 dənə onluq verib, yola saldı”.  

Müğənni verilişdə atasından da söz açıb:  

“Müğənnilərdən atalarının kimliyini soruşanda, deyirlər ki, ədəbiyyat müəllimi olub. Vallah heç kim olmayıb. Yalan söyləyir. Bakıda böyüyənəm, çox gözəl bilirəm, bunun nəsli-nəcabəti kimdir. Bakı balaca şəhərdir. Kimin haradan girib-çıxdığını yaxşı bilirik. Mən bunların hamısını görmüşəm. Özümü başqa səmtə yönəltmişəm. Götürdüyüm səmt də musiqi olub. Allahın mənə yazığı gəlib, az da olsa səs verib. Bu musiqi isə məni tərbiyələndirib. Qaldığımız məhlədə qonşuların uşaqlarını döyürdüm. Anam qorxurdu ki, bu hərəkətlərimə görə bir gün məni öldürə bilərlər. Ona görə də, məni uşaq evinə qoydu.

Mən atamın ikinci evliliyindən dünyaya gəlmişəm. Anam köklü Bakılı qızı olub. İçərişəhərdən idi. Atam isə Ərdəbildən olub. Anam haradan tapıb bu yazıq kişini, bilmirəm. Atam çox fağır idi, anam isə... “Ağşalvarlılardandır”.
Kişi həmkarlarının xarici görünüşünə müxtəlif yollarla bəzək-düzək verməsini qınayan Əli Mirəliyev oğlunun da sənət yoldaşları kimi bu yollara əl atmasına etirazında danışıb:  

“Oğlum mənə deyir ki, get üzünü dartdır, başına parik qoy. Sən də digər kişi müğənnilər kimi baxımlı, yaraşıqlı ol. Nə etməliyəm mən ? Üzümə botoks vurub, meymuna oxşamalıyam. Müğənni necə varsa, elə də görünməlidir. Bunlar isə mənə uyğun işlər deyil. Mən kişiyəm”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Rusiya Odessanı PUA-larla vurdu - Ölənlər var

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - FOTO/VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Bakıda evi yeni alan şəxslər həyətdən cadu tapdılar — VİDEO

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Parkinson xəstəliyi səssiz başlayır – Həkimdən XƏBƏRDARLIQ

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Qəlbi təmiz olduğu üçün həmişə itirən 4 BÜRC

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Abdullah Zubir “Qarabağ”la VİDALAŞIR

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Qəşəm Nəcəfzadə: “Bəzən Kəramət də mənə tərbiyə verir” – VİDEO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyonluq JEST etdi - FOTO

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

Müəllimlər BU FƏNLƏRDƏN imtahan verəcəklər - SİYAHI

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda TAPDI - Cərrah işləyirmiş

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Prezident Ayazın arzusunu GERÇƏKLƏŞDİRDİ: Ailəsinə "KamAZ" hədiyyə etdi – FOTO/VİDEO

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

Xaçmazda maşın piyadanı vuraraq öldürdü

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

İran rəsmiləri ABŞ-la danışıqlar üçün İslamabadadır

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Lənkəranda zabitlər qəzaya DÜŞDÜ – FOTO

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Bu il ölkəmizdə neçə hektar sahədə TAXIL əkilib? – Rəsmi AÇIQLAMA

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

BİZİM TƏQVİM:11 aprel tarixində baş vermiş mühüm hadisələr

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Kraliçanın 100 illik yubileyi keçiriləcək

Depressiyadan qorunmağın ən asan yolu

Depressiyadan qorunmağın ən asan yolu

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Türkiyədən Suriyaya 5 il ərzində 1,4 milyondan çox qaçqın qayıdıb

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

"Kızılcık şerbeti" izləyicilərinə pis xəbər

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

“Şəfa” millinin üzvü ilə danışıqlara başladı

Məşhur aktyor "A.B.İ"də - FOTO

Məşhur aktyor "A.B.İ"də - FOTO

End of content

No more pages to load

RADİO