Türkiyəli müğənni Mahsun Kırmızıgüllə həyat yoldaşı Ece Binay boşanıb.
Bizim.Media xəbər verir ki, Beykoz Ədliyyəsində baş tutan prosesdə 6 illik evliliyi cəmi 15 dəqiqəyə son qoyulub.
Boşanmadan sonra media əhlinin suallarını cavablandıran sənətçi "Bütün cəhdlərimizə baxmayaraq, evliliyimizi xilas edə bilmədik. Fikir müxtəlifliyi səbəbindən ayrıldıq" - deyə açıqlama verib.
M.Kırmızıgül, övladının qəyyumluğu ilə bağlı suala isə hər zaman görüşəcəklərini bildirərək məkanı tərk edib.
Ece isə xəyanət iddiaları ilə bağlı verilən suallara susub. O, "Boşanma ərizəsi verdim, bitdi" deyə, qısa şərh bildirib.
Rəşad Əliyev, Bizim.Media