Xalq artisti Brilliant Dadaşova sosial medianın aktiv istifadəçilərindən biridir. Gündəlik maraqlı paylaşımları ilə diqqət çəkən müğənni, yeni şeir parçası ilə bir çoxlarına ismarıc göndərib.
Bizim.Media Brilliant Dadaşovanın paylaşımına diqqət çəkir:
“Hələ anlaya bilmədinsə saxtakarları, günah özündədir. Qınama riyakarları.
Nişan alıb yüksək hədəfi, onların fırıldaq vücudları...
Mənəvi dəyərlər? Əzib keçərlər.
Anlamaz başları, çün zəif yaddaşları...
Boş ver cinsi məfraqları,
İstisna yox.., məqsədə varmaq üçün hər kəsi, tapdayıb keçər ayaqları”.
Bizim.Media