"Wanted" qrupunun üzvü, dünya şöhrətli müğənni Tom Parker 33 yaşında dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, o, uzun müddətdir beyin xərçəngi xəstəliyindən əziyyət çəkirdi.
Həyat yoldaşı Kelsi Hardvik "Instagram" səhifəsində onun ölümünün təsdiqini yazıb.
"Ürəyimiz qırıldı, Tom dünyamızın mərkəzi idi və biz həyatı onun yoluxucu təbəssümü və enerjili iştirakı olmadan təsəvvür edə bilmirik", - deyə K.Hardvik əlavə edib.
Bizim.Media