Azərbaycanın Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova yeganə qızının yadigarı, nəvəsi Ayanın toyunu edib.
Bizim.Media xəbər verir ki, toy məclisində Azərbaycanın tanınmış simaları iştirak ediblər.
Xatırladaq ki, Sərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova 2014-cu ildə insult keçirərək dünyasını dəyişib. Onun yeganə övladı, qızı Ayanı Sərqiyyə Hüseynova boya- başa çatdırıb.
Ülviyyə Həsənqızı, Bizim.Media