İngiltərədə "The One Show"ya onlayn qoşulan müğənni Kamila Kabello xoşagəlməz situasiya ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Kuba-Amerika əsilli müğənni və bəstəkar rəqs hərəkətləri yerinə yetirərkən qəfil əli köynəyinə ilişib və sinəsi açılıb.
Ani yaranan epizod sonrası həm müğənni, həm də studiyadakı aparıcı və qonaqlar donub qalıblar.
Kabello isə özünü itirməyərək studiyaya və tamaşaçılara müraciət edərək, "İnanıram ki, peşəkarlığımı qorudum. Ümid edirəm, baş verənləri görmədiniz", deyib.
Sözügedən kadrları təqdim edirik:
Bizim.Media