Şair, bəstəkar Xanım İsmayılqızının 70 yaşı tamam olub.
Bizim.Media xəbər verir ki, bəstəkar özəl gününü dostları, yaxınları ilə birlikdə şəhər restoranlarından birində keçirib. Məclisə incəsənət nümayəndələri, sənət adamları qatılıblar.
Gecədə çıxış edən Xanım İsmayılqızı "Şadam ki, gəlib 70 yaşa çata bilmişəm.
Nə yaxşı ki, mənim sevdiyim və məni sevən dostlarım, qohumlarım var. Yaşımı mənimlə birlikdə qeyd edirlər" sözlərini deyib. (Axşam.az)









Bizim.Media