Ağır yol qəzasından sonra sosial şəbəkələrdən uzaqlaşan bloger Nicat Şakirlinin (Nikosayağı) ailəsində xoş gündür.
Bizim.Media xəbər verir ki, blogerin qardaşı Nihatın toyudur.
Bu barədə sosial mediada görüntülər yayılıb. Nicat uzun zaman sonra qardaşının toyunda kameralara tuş gəlib.
Qeyd edək ki, 2023-ün avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb.
Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Sara, Bizim.Media