Mərhum Əməkdar artist Cabir İmanovun “Parni iz Baku” KVN teatrının konsertlərindən birində çəkildiyi “Sa qurban olum” səhnəciyi Türkiyə mediasında viral olub.
Bizim.Media “Yeni Sabah”a istinadən xəbər verir ki, həmin kadrlar “Kanal 3”də yayımlanan “Selim Bakal ile Ana Haber” proqramında göstərilib.
Aparıcı kadrları təqdim edərkən bildirib:
“Kişilər bəzən sevgi sözlərini deyə bilmirlər. "Səni sevirəm" deyə bilmirsinizsə və ya qadını sevdiyinizi göstərmək istəyirsinizsə, bunun öz üsulları var. Üstəlik ikisi də eynidir. "Sənə qurban olaram" deyib, bütün məsələni həll edə bilərsiniz”.
Xatırlatma: Cabir İmanov ötən ilin sentyabrın 29-da idman zalında ürək tutması səbəbilə vəfat edib.
Bizim.Media