Türkiyədə narkotik əməliyyatları zamanı saxlanılaraq test nümunələri götürülən müğənni Simge Sağın sosial media hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, ifaçı nəticələri gözləmədən özəl xəstəxanalardan birində daha bir test verib və cavablarını izləyiciləri ilə bölüşüb.
Sənəddə Simgenin narkotik istifadəçisi olmadığı öz əksini tapıb.
Qeyd edək ki, Simge sevgilisi DJ İlkay Şencanla birgə saxlanılmışdı. O, daha sonra narkotik istifadəçisi olduğunu etiraf edib və Simgenin bundan xəbəri olmadığını bildirmişdi.
Bizim.Media