Rusiyalı biznesvumen Oksana Samoylova bloger Yuliya Qodunovanın ad günü mərasiminə qatılıb.
Bizim.Media xəbər verir ki, Samoylova tədbirə dərin sinə dekolteli və bel nahiyəsində yarıqları olan “çılpaq” üslublu kombinezonda gəlib.
O, obrazını ayaqqabı, çanta və çokerlə tamamlayıb. Model saçlarını açıq saxlayıb və yüngül axşam makiyajı edib.
Bu, Samoylovanın Ciganla boşanmadan sonrakı ilk ictimai çıxışı olub.
Aprelin 1-də Savyolovski Rayon Məhkəməsində məşhurların nikah müqaviləsinin etibarsız sayılması ilə bağlı iş üzrə ilk əsas iclas keçirilib. Jurnalistlərin məlumatına görə, keçmiş həyat yoldaşları barışıq sazişi imzalayıblar.
Samoylovanın vəkilinin sözlərinə görə, model birgə əldə olunmuş əmlakın yarısını keçmiş ərinə verib.
Məlumata əsasən, Ciganın payına elit “Şato Soveren” yaşayış massivində yerləşən, sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli ev və 22 sot torpaq sahəsi düşüb.
Bildirilir ki, reper razılaşmada göstərilən müddətlərdə kottecin dəyərinin bir hissəsini Samoylovaya kompensasiya etməlidir.
Xatırladaq ki, bloger Ciganla boşanmaq üçün ötən il oktyabrın 9-da məhkəməyə müraciət etmişdi.
Boşanma işi üzrə ilk məhkəmə iclası isə oktyabrın 28-də baş tutmuşdu. Həmin iclasa Samoylova iki operator və ailəsi haqqında çəkilən realiti-şounun rejissoru ilə gəlmişdi.

Bizim.Media