Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb.
Bizim.Media Milli.az-a istinadla xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır.
Görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial mediada yayılaraq müzakirələrə səbəb olub.
Bir çox istifadəçi sənətkarın uşaqlıqdan səhnəyə olan marağını və istedadını vurğulayıb.
Bizim.Media