Əməkdar artist Ədalət Şükürov fanatlarından birinin ona dediyini bölüşüb.
Bizim.Media xəbər verir ki, "Mədəni şou"da qonaq olan müğənni valideynlərə səslənib:
"Bir məclisdə 20 yaşında cavan oğlan yaxınlaşdı. Dedi ki, "8 yaşımda idim, istədim sizinlə şəkil çəkdirim. Razılaşmadınız. O vaxtdan sizə nifrət edirəm. Hələ də sizdən xoşum gəlmir".
İzah edə bilmədim ki, xoşlamıram uşaqlar səhnəyə qalxsın. Orada olmaq uşaq üçün təhlükəlidir: səs, tüstü. Qulağı dağıdar. Valideynə bunu başa salmaq çətindir". (Axşam.az)
Bizim.Media