Xəbər verdiyimiz kimi, ATV-də bir çox verilişin yayımı dayandırılıb. Onlardan biri də aparıcılığını Zaur Nəbioğlunun etdiyi "Rəngarəng" proqramıdır.
Bizim.Media xəbər verir ki, həftəiçi 5 gün efirə gedən veriliş bu səhər yayımlanmayıb.
"Rəngarəng"in yerinə ATV-də "Xəbərin olsun" səhər verilişi efirə gedib.
Qeyd edək ki, ATV-də yayımlanan "Bizimləsən" proqramının da yayımı dayandırılıb. (Axşam.az)
Bizim.Media