Əməkdar artist Gövhər Rzayeva "Rəngarəng" verilişinin canlı efirində keçmişi ilə bağlı duyğusal anlar yaşayıb.
Bizim.Media xəbər verir ki, veriliş zamanı qarmon ifaçısı keçmiş xatirələrini yada salıb və bu anlar onu kövrəldib.
Göz yaşlarına hakim ola bilməyən sənətçi izləyicilərə öz hisslərini açıq şəkildə göstərib. Efir zamanı studiyada həmkarları və aparıcı sənətçiyə dəstək olub.
Bu duyğulu anlar izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (Musavat.com)
Bizim.Media