Müğənni Bahar Lətifqızı bir neçə gün öncə faciəvi şəkildə həlak olan həmkarı Kamil Sərməsovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, müğənninin son fotosunu paylaşıb:
“Sənə ölüm yaraşmırdı, qardaş. Kamil qardaşımın qəza keçirdiyi gün dostlarıyla çıkdirdiyi son şəkil”.
Qeyd edək ki, 5 martdan 6 marta keçən gecə ağırtonnajlı yük maşınının minik avtomobilinə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 1980-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsov dünyasını dəyişib.

Sara, Bizim.Media