Uzun müddətdir ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu Türkiyəyə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi video yayımlayaraq İstanbul səfərinin məqsədinin konsert olduğunu deyib. O bildirib ki, 8 Martda İstanbulda konsert verib. Sonra insanların istəyi ilə ona yenidən təklif gəlib.
"Tamaşaçıların arzusu ilə yenidən konsert olacaq. Sizlərin arzusu ilə... Ölmədik bu günü də gördük" deyə Elariz bildirib.
Qeyd edək ki, "Green card" qazanan Elariz uzun illərdir ailəsi ilə birlikdə ABŞ-a köçüb. 2018-ci ildən bu ölkədə yaşayan sənətçi o vaxtdan Bakıya gəlmir. (Axşam.az)
Bizim.Media