Xalq artisti Şeyx Əbdül Mahmudov səhhəti ilə bağlı açıqlama verib.
Bu barədə sənətçi Bizim.Media-ya danışıb. O bildirib ki, mədəsindən əməliyyat olunduqdan sonra evində müalicəsini davam etdirir:
“Yüngül formada mədəmi əməliyyyat etdirdim. İndi müalicə olunuram. O ki qaldı, digər xəstəliklər... Yaralarım sağalsın, sonra onlarla məşğul olacam. Hamısından pis xəstəlik qocalıqdır. Bütün xəstəliklərə çarə tapmaq olur, ona yox. Bir ay öncə xəstəxanaya yerləşdirildim, o biri xəstəliklərə toxunmaq olmur. Çünki mədəmdə qanaxma başladı. Sağ olsun həkimlərim mədə məsələmi yoluna qoydular, bir həftədir ev şəraitində bərpa olunuram”.
Sənətçi həmçinin Mədəniyyət Nazirliyindən onunla mütəmadi əlaqə saxladıqlarını bildirib:
“ARKA-da bədii şurada fəaliyyətimi davam etdirirəm, Nazirin köməkçisi ilə də əlaqə saxlayırıq, hal-əhval tuturuq. Həkimlər əllərindən gələni edirlər. Dostlarım Moskvadan dərmanlarımı göndərirlər. Hər şey Allahın və orqanizmimin ümidinə qalıb. Hələ ki, özümü normal hiss edirəm, evdə normal hərəkət edirəm, yeriyirəm. Amma çölə-çıxmıram. O da bu həftəsonu inşallah...”
Sara, Bizim.Media