Multiple Skleroz xəstəliyindən əziyyət çəkən məşhur müğənni Serdar Ortacın son görüntüsü pərəstişkarlarını narahat edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeriməkdə çətinlik çəkən Ortacın dəstəyə ehtiyacı olduğu görülüb.
Qeyd edək ki S.Ortac uzun illərdir ki, bu xəstəlikdən əziyyət çəkir. Bursada bir məkanın açılışında fotosu çəkilən müğənninin ayaq üstə güclə dayandığı, yeriyərkən dəstəyə ehtiyac duyduğu və bəzən isə danışmaqda çətinlik çəkdiyi görülüb.
Məlumat üçün bildirək ki, Multiple Skleroz xəstəliyi immun sisteminin sinir hüceyrələrini örtən qoruyucu miyelin qişasına hücum etdiyi, beyin və bədən arasında sinir əlaqəsini pozduğu və əzələ zəifliyinə, yerimə, tarazlıq və koordinasiya çətinliklərinə və görmə problemlərinə səbəb olduğu xroniki bir xəstəlikdir.

Bizim.Media