Türkiyəli müğənni İbrahim Tatlısəslə böyük oğlu Ahmet Tatlısəs arasında illərdir davam edən qalmaqala nəvəsi Mert Tatlısəs də qoşulub.
Bizim.Media xəbər verir ki, o, babası haqqında ağır ittihamlar səsləndirib:
"İbrahim bəy evlərini, maşınlarını qadınların adına keçirir. Sonra da ortaya çıxıb "məni aldadıblar" deyir. Atamı vurdurmaq üçün killer tutduğunu bilirəm. Bunu özü də atama deyib. Səs yazıları da məndə var".
Qeyd edək ki, İbrahim Tatlısəslə oğlu Ahmet Tatlısəs arasında münasibətlər uzun müddətdir gərgindir.
Tərəflər daha əvvəl də mətbuat vasitəsilə bir-birinə qarşı sərt fikirlər səsləndirib. Yeni açıqlamaların ailədaxili qalmaqalı daha da alovlandıracağı gözlənilir. (Axşam.az)
Bizim.Media