Rusiyada məşhurlaşan 30 yaşlı azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) 31 yaşlı bloger sevgilisi, IRNBY brendinin təsisçisi Anastasiya Mironovadan ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, cütlük bir neçə gün əvvəl ayrılıb. Fevralın 14-də Navai “Rodina” klubunda bayramı qeyd edib və şahidlərin bildirdiyinə görə, səhərə qədər dostları ilə əylənib.
Halbuki sosial şəbəkələrdə sanki bayramı Anastasiya ilə birlikdə keçirdiyi görüntüsü yaradılıb. Bundan sonra Mironova təkbaşına Dubaya yollanıb. Məşhurlar hələlik münasibətlərinin bitməsi ilə bağlı rəsmi açıqlama verməyiblər. Bununla belə, Mironova və Navai sosial şəbəkələrdəki birgə fotolarını siliblər.
Xatırladaq ki, Anastasiya ilə reper arasında münasibət olduğu barədə şübhələr 2025-ci ilin yazında yaranmışdı. Onlar sosial şəbəkə hesablarında eyni məkanlardan çəkilmiş şəkillər paylaşırdılar.
2025-ci ilin iyununda isə məşhurlar müğənni Anna Astinin ad günü münasibətilə keçirilən qapalı tədbirdə birlikdə görünərək münasibətlərini təsdiqləmişdilər.

Bizim.Media