Mərhum Xalq artisti Roza Cəlilovanın ailəsində qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, sənətkarım nəvəsi Lalə Aslanova onun illərdir qızı kimi təqdim olunan Yeganə Aslanovadan şikayətçi olub.
Bu barədə Lalə instaqramda video paylaşıb. O, Y. Aslanovanın nənəsinin evindən oğurluq etdiyini iddia edib:
“Roza Cəlilovanın hüquqi varisi olan oğul nəvəsi kimi nənəmin vəfatından sui istifadə edib, oğurluq törədən şəxslər barəsində məlumat vermək istəyirəm. Nənəm vəfat edəndə onun yaxınlığında qalan bacısı qızı Yeganə Aslanova qızı Lenay Seidəlizadə ilə bərabər nənəmin evinə gəlib.
Polis və Təcili tibbi yardım əməkdaşları onun oğlunun olub-olmadığını soruşarkən, yalandan deyiblər ki, oğlu yoxdur. Atam haqqında xoşagəlməz ifadələr işlədiblər. Yeganə nənəmin nəşini Təzə Pir məscidinə aparıb qoyub və tez evə qayıdıblar. Evi qarət ediblər: Nənəmin Prezidentin verdiyi bütün dilpomlarını, ordenlərini, mədəniyyət nazirinin verdiyi mükafatları, bank kartlarını, pul vəsaitini götürüblər. Sonra gəlib yas mərasiminə qatılıblar.
Həmin şəxslər saxta sənədlərlə 5 dövlət qurumunu aldadıb. Roza Cəlilovanın oğlu və nəvəsi Ədliyyə Nazirliyinin təsdiq etdiyi sənədlərlə Səbail rayon polis şöbəsinə, bir çox hüquq orqanlarına təqdim edib”.
Lalə daha sonra qeyd edib:
“Bu hadisə sadəcə Roza Cəlilova mübahisəsi deyil. Bu, Azərbaycanın böyük sənətkarı Roza Cəlilovanın nəşindən sui-istifadə edilərək törədilən mədəni irsə qəsdin dövlət təltiflərinə qarşı və etibarsız sənədlərlə 5 dövlət qurumlarını aldadaraq silsiləli ağır cinayətin ifşasıdır!
Onu qeyd edim ki, bu şəxs (Yeganə Aslanova) illərdir sənətkarın nüfuzundan istifadə edərək özünə şan-şöhrət qazanmış, hüquqi qızı olmayan, lakin illərdir özünü hər kəsə “qızı” kimi tanıdan həmin şəxslə bağlı Roza Cəlilova hələ sağ ikən iki dəfə polisə müraciət etmişdi!
Nənəm sağlığında mediaya açıqlama verərək qızıllarının məhz bu şəxs tərəfindən götürüldüyünü və qaytarılmadığını bildirərək ictimaiyətə açıqlama vermişdi. Görünən odur ki sənətkarın vəfatı bu “talan planının” son mərhələsi olub. Həmin şəxs nənəmin vəfatından istifadə edərək,nəşi məscidə qoyub qızı Lenay Seidalizadə ilə birgə dərhal mənzilə daxil olub.
Cənab Prezidentin təltif etdiyi Şərəf və Şöhrət ordenlərini, Xalq Artisti mükatları, Mədəniyyət Nazirliyinin fəxri fərmanlarını, Ona aid olan bütün tarixi irsi,nağd pul vəsaitlərini, bank kartlarını,qiymətli ev əşyalarını mənimsəyərək 4 saat sonra təkrar məscidə gələrək yas mərasimində iştirak etmişdi.
Hadisə yerində masanın üzərində xarici pasportunu unudacaq qədər tələsik bu əməli törədənlər, 5 dövlət orqanını etibarsız sənədlərlə aldatmağa çalışanlar qanun qarşısında cavab verməlidir!
Bu gün əlimizdə təkzibolunmaz sübutlar — video görüntülər, səs yazıları, hadisə yerinə baxış protokolları və Ədliyyə Nazirliyinin təsdiq edən rəsmi sorğu cavabları var. Ədalətə və dövlətimizin qanunların güvənərək bu yolun sonuna qədər gedəcəyəm. Ədalət bərqərar olana qədər susmayacağam!”.
Sara, Bizim.Media