"Gözəl Azərbaycan mahnılarını, bəstəkar musiqimizi, folklorumuzu ən birinci elə özümüzə düzgün, zövqlü şəkildə təbliğ etmək lazımdır".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb.
"Bu fikrimi öz sənət misiyyasını anlayan və icra edən musiqiçi kimi yazıram. Şikayət etdiyimiz “bayağılıqla”, “aşağılara enmiş səviyyə“ ilə, “zövqləri korlayanlarla“ - boş sözlər vasitəsi ilə savaşmamışam heç vaxt. Sözümü fəaliyyətimlə, yanımda olan peşəkarlarla birlikdə etdiyim işlərlə bildirmişəm", deyə müğənni əlavə edib.

Bizim.Media