Müğənni Leyla Rəhimova da efir məkanını tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə Leyla instaqramda statuslar paylaşıb.
O, bəzi telekanallara və aparıcılara irad bildirib: “Ümid edirik ki, bu biyabırçılıqlara son qoyular artıq. Çünki belə getsə, sonumuz çox bərbad olacaq. Zatən elədir, efirdə “ok”, “tamam”, “uje” sözlərinə qadağalar qoyulur, amma əsas mədəniyyət, sənət əlimizdən gedir.
Olan-qalan abırımız əlimizdən gedir. Bunlara kim qoyacaq qadağa? Küçə söhbətlərini, klub, kafe müğənniciklərini, yoldan keçən, özünü trend sayanları kim yığışdıracaq? Artıq sənətkar sözünü deməyə utanıram. Ay bizim dəyərli, həqiqi sənətkarlarımız, nə vaxta kimi susacaqsınız?”

Sara, Bizim.Media