Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Əməkdar artist Abbas Bağırov bəzi telekanalları və aparıcıları sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Abbas instaqramda fikirlərini bölüşüb.

O, bəzi verilişlərin aparıcılarına səslənib: “Bir çox televiziya aparıcılarına, müəyyən verilişlərin redaktor və direktorlarına sualım var! 20–30 ildən sonra bu gün efirlərinizdə nümayiş etdirdiyiniz bu səviyyəsizliyi hansı üzlə xatırlayacaqsınız?

Gələcək nəsil sizdən soruşanda ki, Azərbaycan mədəniyyətini, bu qədər zəngin və bənzərsiz musiqi irsimizi necə qorudunuz, nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, efirə çıxardıqlarımız musiqidən xəbəri olmayan, yalnız sosial şəbəkədə "populyar" olan insanlar idi? Doğrudanmı bu gün kim izlənmə yığırsa, o da efirə çıxmalıdır? Bu qədərmi ucuzlaşmalıdır meyarlar?

Peşəkar Azərbaycan musiqisi hər zaman sevilib, hər zaman zirvədə olub və tarixdə əbədi yaşayacaq! Amma siz bu gün gənc nəslə elə ifalar və təqdimatlar göstərirsiniz ki, küçədə belə dinlənməsi insana xəcalət gətirər. Efir sadəcə şou deyil! Efir millətin aynasıdır! Efir gələcəyin yaddaşıdır! Siz isə bu aynanı bulandırırsınız… Bu yaddaşı zədələyirsiniz… Bu millətin musiqi adına qürur duyduğu dəyərləri ayaq altına atırsınız! Unutmayın, zaman hər şeyi yerinə qoyur.

Amma tarix heç vaxt səhv tərəfdə duranları bağışlamır.

Gələcək nəsilə doğru mədəniyyətimizi, zövqlü musiqimizi, həqiqi sənəti təbliğ etməliyik! Əgər deyəcəksiniz ki, "indi kim yaxşı musiqiyə qiymət verir?", "hamiya şou lazımdır", "dava-dalaş reytinq gətirir", onda sual verirəm: bu zövqü formalaşdıran kimdir? Efir zövq yaradır. Efir istiqamət göstərir. Efir cəmiyyətin düşüncəsinə təsir edir. Əgər siz hər gün səviyyəsizi təqdim etsəniz, əlbəttə ki, səviyyəsiz alqışlanacaq. Amma siz bir yerdə qərar versəniz ki, yaxşısını, keyfiyyətlisini, peşəkarı təbliğ edək, onda görəcəksiniz ki, tamaşaçı da dəyişir, zövq də yüksəlir, keyfiyyət də öz yerini tutur! Birlikdə başlayın yaxşısını göstərməyə, dəyəri olanı efirə çıxarmağa, həqiqi sənətə meydan verməyə.
 

O zaman görəcəksiniz ki, keyfiyyət nədir və necə olmalıdır! O zaman anlayacaqsınız ki, xalqın zövqü aşağı deyil, sadəcə ona seçim təqdim edən sizsiniz. Unutmayaq: biz gələcəyin musiqi yaddaşını bu gün yazırıq. Bir də bəzi aparıcılar efirdə belə deyirlər: "Yaxşılar, sənətkarlar gəlmir bizim efirə, biz də məcbur qalıb bayağıları dəvət edirik…" Doğrudanmı məsələ budur? İllərlə efiri 2-3-cü dərəcəli səviyyəyə salandan sonra, sənətkar niyə gəlib sizin verilişinizdə iştirak etməlidir? Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız, səviyyəni aşağı salmısınız, sonra da deyirsiniz ki, yaxşılar gəlmir.


Əvvəlcə konsepti köklü şəkildə dəyişmək lazımdır! Mühiti dəyişmək lazımdır! Dəyər anlayışını geri qaytarmaq lazımdır! Əgər siz bayağını alqışlatmağı bacarırsınızsa, deməli keyfiyyəti də alqışlatmağı bacarırsınız! Çünki tamaşaçı sizin təqdim etdiyinizə reaksiya verir. Yox, əgər birini bacarıb, digərini bacarmırsınızsa, deməli məsələ tamaşaçıda deyil… O zaman açıq demək lazımdır: Siz keyfiyyətin tərəfdarı yox, onun qarşısında dayananlardansınız".

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

“Avropa və Yaxın Şərq danışıqlar prosesinə cəlb olunmalıdır” — Zelenski

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Hər kəsə yuxarıdan aşağı baxan BÜRCLƏR

Millimiz Belarusa QALİB GƏLDİ

Millimiz Belarusa QALİB GƏLDİ

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Azərbaycan və Pakistanın XİN başçıları arasında telefon danışığı olub - FOTO

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Gəncədə tələbə futbol oyunu zamanı dünyasını dəyişdi

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

Azərbaycanlı müğənni ərə gedir — Milyonçudur, Range Rover sürür

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal” “Milan”ın futbolçusunu transfer etmək istəyir

Mənzurə 30 min borca düşüb - VİDEO

Mənzurə 30 min borca düşüb - VİDEO

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Narkotiklərlə əlaqəli 39 nəfər SAXLANILDI

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Tramp Ronaldoya SƏSLƏNDİ: "Sən bizə ABŞ-də lazımsan" - VİDEO

Dembele yenidən ZƏDƏLƏNDİ

Dembele yenidən ZƏDƏLƏNDİ

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

Gəncədə “KIA” “Mitsubishi” ilə toqquşdu - Xəsarət alanlar var - FOTO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

İran “Sayyad-3G raketinin sınaq buraxılışını edib - VİDEO

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

Ramazanın dördüncü gününün imsak və iftar vaxtları - Günün DUASI

40 yaşlı futbolçudan YENİ REKORD

40 yaşlı futbolçudan YENİ REKORD

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Milli Məclis: "İmprotex Motors"la müqavilənin məbləği ilə bağlı yayılanlar YALANDIR

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

Abbasdan sərt TƏNQİD: “Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız”

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

“İran təzyiq qarşısında geri çəkilməyəcək” - Pezeşkian

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Cəlilabadda qısaqapanma nəticəsində EV YANDI

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

Baş məşqçi azarkeşlərin "istefa" şüarına REAKSİYA VERDİ

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

ABŞ Dəməşqdə səfirliyini bərpa etməyə HAZIRLAŞIR - 14 il sonra…

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında MƏĞLUB OLDU - FOTO

End of content

No more pages to load

RADİO