Məşhur türkiyəli müğənni Murat Dalkılıç İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıb.
Bizim.Media xəbər verir ki, saxlanılanlar arasında aktyor İsmayıl Hacıoğlu və modelyer Kamal Doğulu, “Duman” rok musiqi qrupunun müğənnisi Kaan Tangöze da var.
Qeyd edək ki, Türkiyədə narkotiklə bağlı əməliyyat çərçivəsində çox sayda məşhur həbs olunub. Aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngörün da olduğu bir çox məşhur simalar eyni istintaq çərçivəsində saxlanılıb və daha sonra sərbəst buraxılıb.
Bizim.Media