"Musiqini hər kəs öz zövqünə görə təqdim edir. O da boşluğa gətirib çıxarır. Bunu isə sənətkarlar doldura bilməz. Yaxşı sənətkarlar da kənara çəkilir. Bu da getdikcə böyüyür. Bir yerdə ki, musiqimin bütün çalarları darmadağın edilir, o zaman ədaləti pozulur. Yaşlı nəsil isə deyir ki, mənə nə?".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Gün ortası" proqramında deyib. Müğənni sənət adamlarına səslənib:
"Hamı deyir, qarışmayım, məndən keçsin. Kənara çəkilməməmlidirlər, irəli durmalıdırlar. Şou-biznesin strukturu olmalı, qanunla icra edilməlidir. Bizdə belə bir qurum yoxdur. Yazılan, yazılmayan qanun yoxdur. Kiminlə dava aparırsınız? Yaşlı müğənnilər bir-birini qırırlar. Sağlam rəqabət apara bilmirlər. Mənə də paxıllıq edənlər var. Paxıllar çox olanda sevinirəm. Deməli yaşayıram. Mənim varlığım onları narahat edirsə, bu, onların xəstəliyidir. Onlar müalicə olunmayan insanlardır". (axsam.az)
Bizim.Media