Müğənni Nüşabə Musayeva şəxsi həyatı, ailə yolu və yaşadığı çətinliklərlə bağlı səmimi etiraflar edib.
Bizim.Media xəbər verir ki, sənətçi gənc yaşlarında maddi imkanı zəif olan şəxslə ailə qurduğunu, həmin dövrün onun üçün asan keçmədiyini bildirib:
"Çox kasıb oğlana ərə getmişdim. Təzə gəlin idim, 4 ay sonra satıcılığa başladım, çünki ərimin hər dəfə sifarişi olmurdu. Cehizsiz gəlin köçmüşdüm, öz cehizimi özüm aldım. İlk maaşımdan özümə qızıl dəsti aldım. Qayınanam toydan sonra qızıllarımı əlimdən almışdı.
Həyatımda ən çox sevdiyim ana olmaqdır. Nəvəm isə bütün əziyyətlərimin mükafatıdır. Nəvəm dünyaya gələndən sonra daha kövrək və həssas olmuşam. Heç vaxt zəif tərəflərimi göstərməmişəm, xoşuma gəlməyib ki, kiminsə mənə yazığı gəlsin".
Müğənninin sözlərinə görə, yaşadığı çətinliklər onu sındırmayıb, əksinə, daha möhkəm edib. O, ana və nənə olmağın həyatındakı ən böyük dəyər olduğunu vurğulayaraq, bu hisslərin ona yaşadıqlarını unutdurduğunu deyib. (milli.Az)
Bizim.Media