"Kanal S"də aparıcılığa başlayan meyxanaçı Rüfət Nasosnu bu işin çətinliyindən şikayətlənib.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı "Həmin Zaur" verilişində danışıb:
"Şənbə və bazar günləri 2 saat 30 dəqiqə veriliş aparıram. Biz kiçik səhvlər edirdik, amma digər insanları qınayırdıq ki, niyə belə edirlər? Hazırda görürəm ki, aparıcılıq çox çətindir.
Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram. Üstəgəl canlı ifalar yoxdur, yalnız fonoqramdır. Çox çətindir, illər ərzində necə dözmüsünüzsə, heyranam". (axsam.az)
Bizim.Media