Müğənni Nüşabə Musayeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, onun etirafı sosial şəbəkələrdə və izləyicilər arasında geniş
müzakirələrə səbəb olub.
Sənətçi bildirib ki, dəbdəbəli evlərə və bahalı interyerə önəm vermir:
"Evimizə gələnlər tez-tez deyir ki, Nüşabə, evin nə qədər sadədir. Mən dəbdəbəli şeyləri sevmirəm, evim çox sadədir. Bir evə o qədər pul xərcləməkdənsə, gedib başqa ev alaram, yatırım edərəm".
Müğənni açıqlamasında kreditlə bağlı məsələyə də toxunub. O deyib ki, hazırda kredit ödəyir və üç il sonra mənzil tam şəkildə onun adına özəlləşdiriləcək.
Nüşabə Musayeva həmçinin vurğulayıb ki, hazırda yaşadığı evdən əlavə daha üç evi var:
"Şükür, öz evimdən başqa üç evim də mövcuddur".
Müğənninin bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və onun sadə yaşam tərzi ilə eyni zamanda bir neçə mənzilə sahib olması sosial mediada geniş müzakirə mövzusuna çevrilib. (Milli.Az)
Bizim.Media