Səidə Bəkirqızı: “Rəqsanənin həbsini tələb edəcəyəm!” - VİDEO

Aparıcı Səidə Bəkirqızı qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılocanın həbs olunmasını istədiyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o “TV Müsavat”da danışıb.

S. Bəkirqızı deyib ki, Rəqsanənin 6 aylıq həbsini tələb edə bilər: “Mən onun həbsini tələb edəcəm. 6 aylıq həbs tələb edərəm onunla bağlı. Dedim yenə də mən şərəf və ləyaqətimi nə 100 minə, nə 50 minə, nə də 10 minə satmaram.

Çünki mənim həyat tərzim pulla ölçülən həyat tərzi deyil. Mən onun bir mənalı şəkildə həbsini tələb edəcəm. Biz jurnalistlər artıq ağzımızı aça bilmirik və cəmiyyətə elə gəlir ki, biz ancaq onlara uşaq pulu tələb eləməliyik. Bir də maaşları yüksək olsun.

Nə soyunandan danışa bilirik, nə efirdə gedən özbaşınalıqdan danışa bilirik, nə haqq səsimizin boğulmasından danışa bilirik. Bir adamın adını çəkməyə peşimansan.10 qurumdan zəng edirlər sənə. Niyə, nə olub? Bu dövlətə xidmət eləyirik.

Prezidentin tələbini şəxsən öz adıma deyirəm, jurnalist kimi yerinə yetirirəm. Siqnal ötürməsəniz, xəbərim olmaz deyir cənab Prezident. Son dəfə kütləvi yerli televiziyadan olan jurnalist həmkarlarımızla görüşəndə dedi, siz siqnal ötürməsəniz, mənim xəbərim olmaz. Siz bizim səsimizi niyə boğursunuz ki? Niyə qoymursunuz ki, problemləri işıqlandıraq?

Və mən heç kimə, heç bir çörək bişirənə demirəm ki, bunun mayasını çox qat. Çəkməçiyə demirəm ki, onun mismarını çox vur. Bina tikənə demirəm ki, onun arasındakı sementi bir az qalın yapışsın. Qoyun, biz işimizlə məşğul olaq da. Bu gün biz bu işi görürük və biz vicdanımızla görürük. Biz heç kimin pulu ilə danışmırıq, heç kimin pulu ilə susmuruq.

Sizə və özümə aid olaraq deyirəm. Digər həmkarlarım kim necə işləyərsə, özləri bilər, Allah hamısının ruzusunu yetirsin. Biz heç kimin sözü ilə heç kimi aşağılamırıq. Və indi qəribədir ki, jurnalisti bilirsiniz nə edirlər? Dördüncü, hakimiyyətdir KİV. Bizim bir sözümüzü indi görürsünüz nə edirlər? Mən bir dənə dediyim gündəm oldu, aləm dağıldı, heç istəmirəm gündəm olum.

Zatən başım ağrıyır artıq nə qədər gündəm, gündəm, gündəm, gündəm.

Amma mən belə baxa bilmirəm də, mən belə ötə bilmirəm. Deyirəm yəni, nə baş verib? Quran, Tövrat, İncil bizə heç nə öyrədə bilmədi. Biz hansı dini kitabdan öyrənəcəyik bu əxlaq normalarını?! Bir də ki, insan birinci danışmazdan öncə özünə baxar.

Rəqsanə İsmayılovanı kimsə inandırmışdı ki, o, məni keçmişim ilə vura bilər. Amma Rəqsanənin diqqətinə çatdırıram ki, mən çox az aparıcılardanam ki, o, mənim keçmişimdə heç nə tapa bilməz. Heç nə tapa bilməz mənim keçmişimdə. İkincisi də ki, kişi qızısan, ortaya faktı qoy, faktdan danış. Ona görə də yenə deyirəm, babamın aşağılanması, uşaqlarıma yetiminə zəhər ver deməsi ondan da keçərdim, amma atam var. Gəl, ərim bir gün sənə söhbət eləsin.
Bir şeyi də deyəcəm buradan. Əziz xanımlar, biz ərimizin güzgüsüyük. Ərimiz nə qədər qeyrətli və nə qədər qeyrətsizdirsə, onu biz göstəririk. Və hər kəsin ərinin adı onun arvadının yanında çəkilir. Və kimin ərinin qeyrət, namus, ölçüsü nə qədərdirsə, bu gün onun arvadının geyimindən də bilinir, arvadının küçə sözü ilə danışmağından, özünü aparmağından və ya abırlı olmağından da bilinir. Yəni elə şeylər var ki, sadəcə o efirdir onu demək olmaz. Amma hamı çönsün bir özünə baxsın.

Bir belə üstdən aşağı lüt qoyduğu hissəsi var idi. Bir ona baxsın. Görsün haradan gəldilər, hara getdilər, kimilərə nə dedilər. Bu gün jurnalistləri, haqqı deyən jurnalistləri, bu qədər alçaltmaq olmaz”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

End of content

No more pages to load

RADİO