Əməkdar artist Fərqanə Qasımova qızı Mövlanənin ötən gün baş tutan toyundan görüntülər paylaşıb.
Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda övladına arzularını dilə gətirib.
O, qızını gəlin köçürən zaman "Min yeyənimiz olsun, bir deyənimiz olmasın" sözlərini söyləyib.
"Balalarımız Fəridlə Mövlanənin xoş gününü birlikdə yaşadıq. Allah hər iki gəncin yolunu açıq, qəlbini rahat etsin. Ailəmizə xeyirli olsun. Bütün subaylara qismət" - deyə, F.Qasımova paylaşımında yazıb.
Bizim.Media