Müğənni Afət Fərmanqızı qalmaqal yaşadığı Vəfa Şərifova ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, Afət TikTok canlı yayımında türkiyəli müğənni Yıldız Tilbenin V. Şərifova haqda yaydığı açıqlamadan söz açıb:
“Bu məsələni Yıldız Tilbenin menecerlərinə çatdırdıq. Bildirdik ki, burada sizin adınızdan belə yalan, böhtan var. Mən də çıxıb deyərəm ki, Rihanna ilə oxuyacağam. Amma sözün arxasında durmaq lazımdır”.
Qeyd edək ki, Y. Tilbe Vəfanı onunla duet oxumaq üçün 100 min dollar ödədiyini dediyi üçün məhkəməyə verəcəyini bildirib.
Sara, Bizim.Media